Kosmetik Allergiya Testləri
Araşdırmalar göstərir ki, gündə orta hesabla 7 müxtəlif kosmetik məhsul istifadə olunur. İstifadə olunan kosmetik məhsulların tərkibində çoxlu kimyəvi maddələr olduğundan, həssas dərisi olan istehlakçılarda allergen təsir göstərə bilər. Allergik reaksiyaların ən böyük səbəbi kosmetik məhsulların tərkibində olan konservantlar və ətirlərdir.Kosmetik allergiya dərinin məhsuldakı hər hansı maddəyə reaksiyası kimi ifadə edilə bilər. Kosmetik allergiya nəticəsində dəridə qızartı, şişkinlik, qaşınma ola bilər. Allergen təsirləri xüsusilə göz ətrafı, boyun və üz kimi daha həssas bölgələrdə daha çox rast gəlinir.
Bu səbəblə istifadə ediləcək kosmetik məhsulların ilk növbədə tərkibi yoxlanılmalıdır. Dərinizin həssaslığından asılı olaraq bitki mənşəli kosmetika seçə bilərsiniz. Kosmetik məhsullar istehlakçıya çatmazdan əvvəl, xüsusilə müvafiq standart və qaydalar çərçivəsində test və analizlərdən keçməlidir.